Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hamamın kanalizasiyasından yarıqiymətli daşlar tapıldı

"Wardell Armstrong"un alimləri İngiltərənin Karlayl şəhərində Hadrian divarının yaxınlığında qədim Roma hamamında 30 yarı qiymətli daş aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Arxeoloqlar hesab edirlər ki, hamamın kanalizasiyasından tapdıqları daşlar, ehtimal ki, burada çimən insanların taxdıqları üzük dəstlərinin içindən düşüb. Tapıntının müəlliflərinin sözlərinə görə, zərgərlər istifadə etdiyi bitki yapışqanı yüksək temperaturda daşlarn düşməsinə səbəb olub.

Ən kiçik daşların diametri təxminən 5 millimetr, ən böyüyü isə təxminən 16 mm-dir. Onlardan birində - ametist üzərində gül və ya güzgü tutan Roma ilahəsi Venera həkk olunub.

Alimlər qeyd ediblər ki, hamama gələnlər daşların oğurlandığını düşünə bilərdilər. Hamamlarda oğurluq o qədər geniş yayılmışdı ki, bütün İngiltərədəki Roma hamamlarında oğrulara həsr olunmuş lənətlər yazılmış lövhələr asılırdı.

Arxeoloqlar daşlardan başqa 40 qadın saç sancağı və 35 şüşə muncuq tapıblar.

Aytən Məftun