Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Heydəri-kərrar” sözünün mənası nədir?

Ərəb dilindən tərcümədə heydər - aslan deməkdir. Bir işi təkrar edən və nəticə alınana kimi bundan yorulmayan şəxsə isə kərrar deyirlər. Heydəri-kərrar ifadəsi dini kitablarda İmam Əliyə (ə) aid edilib. Səbəb budur ki, Heydər - o həzrətin ləqəbidir. İmam Əli (ə) döyüş meydanlarında oxuduğu rəcəzlərdə (hərbi şeirlərdə) özünü bu ləqəblə təqdim edirdi. Kərrar ləqəbini o həzrətə İslam Peyğəmbəri (s) vermişdi. Xeybər savaşında bəzi səhabələr qalanın üzərinə hücuma keçmiş, amma uğur qazana bilməyib geri dönmüşdülər. Bu zaman Peyğəmbər (s) buyurmuşdu: "Sabah döyüş bayrağını elə bir şəxsə verəcəyəm ki, Allahı və Onun Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər. O, təkrar-təkrar hücum edəndir, qorxub qaçan deyil". Ertəsi gün İmam Əli (ə) Xeybər qalasının üzərinə hücuma keçdi və qalanı fəth edərək qələbə ilə geri döndü.

Milli.Az