Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hindistan Çinlə "iqtisadi müharibə"yə başlayır

Hindistan regionda mövcudluğunu artıraraq Cənubi Asiya bazarında hökmranlıq etmək üçün Çinlə iqtisadi mübarizə aparmaq niyyətindədir.

Publika.az “Financial Times”-a istinadla xəbər verir ki, Çinin Kəmər və Yol Təşəbbüsü layihələri Cənubi Asiya və Hind Okeanı boyunca yayıldıqca, Hindistan da regionda infrastruktura ayrılan yatırımı artırıb. Bu səbəbdən Hindistan şirkətləri Çinin kommersiya fəaliyyətlərinə əks tarazlıq yaradaraq, öz iştiraklarını sürətlə genişləndirməyə başlayıblar.

Buna baxmayaraq, bazar ekspertləri hesab edirlər ki, Hindistanın regiondakı fəaliyyəti Çindən xeyli geri qalır. Çin təkcə ötən il “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində 838 milyard dollar sərmayə qoyub. Lakin Hindistan Xarici İşlər Nazirliyi ölkənin 300-dən çox layihəni təmin etdiyini, 600-ə yaxın layihə üçün kredit xətti açdığını bildirib. Yəni Hindistan tərəfi təlim kurslarından tutmuş xarici mədəniyyət obyektlərinin bərpasına qədər bütün mümkün layihələrə sərmayə qoymağa çalışır.

Eyni zamanda, Hindistanın təşəbbüsünü tənqid edənlər, o cümlədən ölkədəki ekspertlər və analitiklər kreditlərlə bağlı tələblərin yerli firmaların inkişafı üçün imkan yaratmadığını bildirirlər. Bundan əlavə, özəl şirkətlərin xaricdəki fəaliyyətlərini tam olaraq necə təbliğ etmələri ilə bağlı heç bir tənzimləmə və şəffaflıq yoxdur.

Aydan