Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hindistanın bu ölkədəki konsulluğu dağıdıldı

Hindistanın ABŞ-nin San-Fransisko şəhərindəki konsulluğuna hücum olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aksiya qərbdəki Pəncab əyalətinin Hindistandan ayrılmasını və onun əsasında müstəqil Siqh əyaləti Xalistanın yaradılmasını müdafiə edən separatçılar tərəfindən həyata keçirilib.

Məlumata görə, fəallar diplomatik qurumun ərazisinə soxulub, onun ərazisinə "Xalistan"ın bayraqlarını sancıb və konsulluq binasını dağıdıblar.

ABŞ-dəki hind diasporunun nümayəndələri insidentlə bağlı hiddətləndiklərini bildiriblər. San-Fransisko polisi hələlik vəziyyəti şərh etməyib.

Hindistan XİN artıq ABŞ-yə öz kəskin etirazını bildirib və diplomatik nümayəndəliyin yerli hüquq-mühafizə orqanları tərəfindən qorunmalı olduğunu xatırladıb.

Milli.Az