Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hissin həyatında mühüm hadisə baş verəcək -

Müğənni Hiss gələn ay ilk albomunu təqdim edəcək.

Publika.az xəbər verir ki, sənətçinin dekabrın 2-də “Mars” adlı yeni layihəsinin təqdimatı baş tutacaq. Bir müddət əvvəl adı açıqlanan alboma yeni yeddi bəstə daxil ediləcək.

Musiqi işinin birinci mahnısı “Unuduram” noyabrda təqdim olunub və "Youtube"da 1 milyondan çox baxış toplayıb. Bu layihədə Hissin “Karma” və Kəpənəklər” hitlərinin müəllifi Abbas İsmayılın yeni “İddia” adlı mahnısı da yer alıb.

Həmçinin bura ifaçının ilk dəfə çalışdığı Rafael İntihadan iki bəstə əlavə edilib ki, onlar “Betərin betəri” və alboma adı qoyulan “Mars”dır.

“Sayıram”, “Cəsarət” kimi uğur qazanan treklərin müəllifi olan Miro bu dəfə sənətçi üçün “Ulduzların Altında”, “Varmı” və hazırda onlayn olan “Unuduram”ı hazırlayıb.

Alboma daxil olan sonuncu, yəni yeddinci “Nasa” trekini isə “Od synaps” yazıb.