Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Hövsələ nədir və necə olmalıdır?

Hövsələ bəyənilmiş bir xüsusiyətdir və əxlaqi fəzilət sayılır. Hövsələnin tərifində deyilir: Hövsələ qəzəbi yatızdırmaq və nəfsinə hakim olmaq deməkdir.

Hövsələ xüsusiyyəti gərək səbir və vüqarla bir yerdə olsun. O şəxsdə ki, hövsələ xüsusiyyəti var, ona hövsələli deyirlər. Peyğəmbər (s) buyurur: "Hövsələli insan nübuvvət və peyğəmbərliyə yaxındır".

Hövsələ xüsusiyyəti hamı üçün gözəldir, ancaq bəzi yerlərdə bu vacibdir:

1) Alimlərdə bu xüsusiyyətin olması çox gözəldir. İmam Əli (ə) buyurur: "Hövsələ elmə zinət verər, hövsələnin kamalı - səbir və qəzəbini yatızdırmaqdır".

2) O kəsin ki, intqam almaq qüdrəti vardır. Həzrət Əli (ə) buyurur: "O kəs hövsələli sayılır ki, intiqam almaq qüdrətinə malikdir, amma özünə hakim olur və intiqam almır".

Deməli o kəs ki, səbirli və hövsələli olmasa, pis əxlaqlı, tünd və söyüş söyən bir insan olar. Əgər çalışsa ki, bu xüsusiyyəti israrla özündən uzaqlaşdırsın, xüsusilə də o zaman ki, əsəbidir, özünü kontrol edə bilsə - yavaş-yavaş səbrli və hövsələli olacaqdır. Hövsələsi olmayan insanlar zorla bu xüsusiyyəti əldə etmək istəyirlər, onlarda bu xüsusiyyət yavaş-yavaş yaranacaqdır. Onun üçün hövsələli olmaq adi hala çevriləcəkdir. Belə ki, o Həzrət (ə) buyurur: "Əgər hövsələn yoxdursa, özünü buna məcbur et, çünki o kəs ki, özünü hansısa qövmə oxşatmaq istəsə, yavaş-yavaş onlar kimi olacaqdır".

İmam Sadiq (ə) buyurur: "Əgər hövsələn yoxdursa, elə bil hövsələn var və özünü hövsələli apar".

Milli.Az