Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hyuston meri 28 May-Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

Hyuston meri 28 May-Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində 28 May - Müstəqillik Günü münasibətilə bəyannamə qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, Hyuston şəhər meri Silvestr Törnerin (Sylvester Turner) imzaladığı bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Texas ştatında regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və rifaha töhfələr verən dinamik icma kimi tanınır. Hyustonla Bakının qardaşlaşmış şəhər olduqları, mədəniyyət və təhsil sahələrində təcrübə mübadiləsi həyata keçirdiyi, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynadığı nəzərə çatdırılıb.

Dünyada, o cümlədən ABŞ-da yaşayan milyonlarla azərbaycanlının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü qeyd etdiyini vurğulayan mer icma üzvlərimizi bayram münasibətilə təbrik edib.

Şəhər merinin bəyannaməsi Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə qəbul edilib.