İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası müəyyənləşib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq olunub.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla vəsait bu Qaydaya uyğun olaraq istifadə ediləcək.

Vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.