Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

II Yekaterinanın vaksinasiya ilə bağlı məktubu hərracda satılıb - FOTO

Londonda keçirilən hərracda rəssam Dmitri Levitskinin II Yekaterinanın portreti və 1787-ci ildə imperatriçanın çiçək xəstəliyinə qarşı peyvənd edilməsinin zəruriliyi ilə bağlı qraf Pyotr Rumyantsevə məktubu satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktub və portret Britaniyanın "MacDougall's" evində bir lotda hərraca çıxarılıb. Alıcı 951 min funt-sterlinq (təxminən 2,151 milyon manat) ödəyib.

Qeyd edək ki, məktub Rusiyada ilk peyvənd kampaniyası haqqında məlum olan ilk tarixi sənəddir, bu da onu unikal edir.

Milli.Az