Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İki Leonel, bir Messi...

Niderland-Argentina qarşılaşması olacaq- yarımfinalın bir addımlığından evə kim qayıdacaq? 

Niderland ABŞ səddini xüsusi çətinlik çəkməkdən keçdi(3:1) və mundialda yolunu davam etdirəcək. Bu komanda seçmə mərhələdə Türkiyə millisi ilə bir qrupda mübarizə aparırdı və ilk oyunda “narıncıları” 4:2 hesabı ilə məğlub etdiyini xatırlayıram. Avropalılar məhz bu oyundan sonra sanki ayıldılar və  9 matçlıq məğlubiyyətsiz (qrupda Türkiyədən başqa, Norveç, Monteneqro, Latviya və Cəbəllütariq çıxış edirdi) davam edərək Qətərə birbaşa vəsiqəni təmin etdilər. 

Luis van Qal Mançinin tənqid etdi

Üçüncü dəfə Niderland millisinə rəhbərlik edən Luis Van Qal şübhəsiz ki, dünyanın ən tanınmış məşqçilərindən biridir. Müxtəlif illərdə “Ayaks”, “Barselona”, “Bavariya” və “Mançester Yunayted”də çalışan Van Qalın Niderland millisində ilk sınağı 2002-ci il mundialında uğursuz oldu. İkinci dəfə milliyə qayıdanda isə onlara 2014-cü il Dünya Kubokunda bürünc medal qazandırdı. Tez-tez dəyişən oyun sxeminə görə onu “qoca tülkü” adlandıranlar da var. 

niderlandy_1.jpg (67 KB)

Niderland millisinin heyətində bütün potensialını ortaya qoymaq istəyən gənclər var. 2022-ci il dünya çempionatının gənc kəşflərindən biri Niderlandın heyətindəki Kadi Qapkodur. ABŞ-la oyunda fərqlənə bilməsə də, mundialda artıq üç qol vurub. Həm də sol, sağ və başla. İndi Avropanın bütün futbol klublarının selekseçiyaları, menecerləri əllərindəki planşetlə  dünya çempionatının oyunlarını izləyirlər, klublara gənc oyunçular axtarırlar. Niderlandın heyətində belə oyunçular var. 

nider f.JPG (63 KB)

Niderland bir neçə belə çempionatlarda favorit kimi göstərilib, amma uğur qazana bilməyib. Bu dəfə isə əksinə, onların adı mundialın əsas favoritlər sırasında çəkilmirdi. Çempion olacaqları deyilən iki komanda-Almaniya və Belçika isə artıq evlərinə qayıdır. Niderland isə çox da parlaq olmayan oyunu ilə irəliləyir. 

argentinanı trineri.jpg (35 KB)

Argentina millisinin Qətərdəki ilk qarşılaşmada 36 oyunluq məğlubiyyətsizlik seriyasının yapon “samuraylarının kəsməsi”ni kim proqnozlaşdıra bilərdi? Bəs, Avstraliyanın Danimarkanı qrupda saxlayıb növbəti mərhələyə adlayaraq Messinin komandasına rəqib olmasını necə? 

Avstraliya yığması tarixində ikinci dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Avstraliya 16 il əvvəl dünya çempionatının 1/8 finalında iştirak etmişdi, o zamanonlara əfsanəvi Qus Hiddink rəhbərlik edirdi. Evdə onlar artıq qəhrəmandırlar və bu turniri Argentiya məğlub olub tərk etməkdən şərəfli nə ola bilərdi ki? 

22.JPG (87 KB)

Argentina mənə görə millidən daha çox, “Messinin komandasıdır”. Elə komandanı 2018-ci ildən rəhbərlik edən Skalonin də Messinin adışıdır.  Argentina yığması onun rəhbərliyi altında 2021-ci ildə Amerika kubokunun qalibi olub. Amma onun komandaya sanki təsiri yoxdur, Leonel özü meydanı idarə edir. 

Adını futbol tarixinə yazdırmış argentinalı bu komandanı 34 oyunluq məğlubiyyətsizlik seriyasının “qırılmasından” sonra ardınca apara bildi. Messi təkcə bu komandanın ulduzu deyil, həm də avtoritetdir. Meksika ilə oyunda rəqibin qapısına yaxınlaşmağa belə imkan vermədiyi bir vəziyyətdə qol vurdu. Polşa ilə oyunda penalı qaçırdı. O zaman dediyim bir fikri indi yeri gəldi yazıram. Vura bilmədiyi penala görə Messiyə kim nə deyə bilər? Heç kim. Çünki o Messidir! Sosial şəbəkələrdə “dünya Messiyə bir mundial çempionluğu borcludur” deyə, haştek başlayıb. Messiyə borcluluq məsələsi bir az qəliz söhbətdir, amma dünya futbolunda onun yeri həmişə görünəcək. Adı xatırlanacaq. 

Lionel Messi, 1000. maçını da boş geçmedi! Hem Ronaldo hem Maradona'yı geride bıraktı, bir ilk... - Futbol Haberleri

Avstraliya ilə oyunda Messi Meksika ilə matçdakı kimi yenə “heç nədən konfet” kimi qol vəziyyəti yaratdı və Allah bilir, neçənci dəfə, o cür qol vurdu. Avstraliya qapıçının səhvi ucbatında ikinci qolu buraxmasıyda da, oyunun taleyini yaşıl qitə təmsilçiləri yəqin ki, dəyişə bilməyəcəkdilər. 1 qolun əvəzini çıxmaqla oyunun intriqası artdı, amma ustalıq və təcrübə öz sözünü dedi...  

Niderland-Argentina qarşılaşmasını gözləyək. Yarımfinalın bir addımlığından kim evə qayıdacaq? Hiyləgər Van Qal, yoxsa Messinin komandası? Çətin sualdır.     

Nazim SABİROĞLU, 
Musavat.com