Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

2021-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransanın paytaxtı Parisdə keçirilən "Qızıl top"un təqdimetmə mərasimində "Kopa Trofi" də sahibini tapıb.

Bu mükafat İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Pedriyə verilib.

O, Meyson Qrinvud ("Mançester Yunayted"), Bukayo Saka ("Arsenal"), Ceremi Doku ("Renn"), Rayan Qravenberx ("Ayaks"), Camal Musiala ("Bavariya"), Florian Virts ("Bayer"), Cud Bellingem, Covanni Reyna (hər ikisi "Borussiya", Dortmund) və Nuno Mendeşi (PSJ) qabaqlayıb.

Milli.Az