Azerbaijan

İllərdir Bakı yaramaz bir qurumun ucbatından əzab çəkir…

İllərdir Bakı yaramaz bir qurumun ucbatından əzab çəkir...

Uzun illərdir yayda susuzluğa öyrənib Bakı, qışda da gölməçələrə. XXI əsrdə kanalizasiya sisteminin olmaması nə deməkdir? Buna da öyrənib Bakı.

Dəfələrlə dövlət büdcəsindən vəsaitlər ayrılıb. Dəfələrlə... Dəfələrlə! Bakı üçün, digər bölgələr üçün. Amma təəssüf olsun ki, əldə ovucda heç nə yoxdur. Yenə Bakı qəsəbələrində sakinlər kanalizasiya sularını şambolara axıdır, yenə yayda susuzluqdan yananda pul verib maşınla su alır.

Zabrat qəsəbəsinin ara küçələrindən keçəndə kanalizasiya sularının küçələrə axıdıldığının şahidi olmaq olar. Zabrat yeni salınan qəsəbə deyil ki, "Azərsu" ASC rəsmisi çıxıb desin ki, "yeni salınan qəsəbələrdə vətəndaşlar kanalizasiya sularını axıtmaq üçün şambolar qazır, yaxın gələcəkdə ərazilərin sistemləşdirilmiş kanalizasiya sisteminə qoşulması nəzərdə tutulub".

Xatırlayırsınızsa, bir müddət əvvəl Badamdar ərazisində sürüşmə olmuşdu. Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları ərazidə araşdırma aparmış və açıqlama vermişdilər ki, ərazidə kanalizasiya suları şambolara axıdılır. Həmin sular isə, yamaca. Digər tərəfdən də yağıntılar yamaca yağdığı üçün torpaq sudan doyur və nəticədə sürüşmə baş verir. Sürüşmə oldu, yol bağlandı. Nəticə? "Azərsu" ASC -yə nə töhmət verildi?

"Azərsu" ASC "Azərsu" ASC

Başqa bir məsələyə göz ataq: Bakı gündən günə "inkişaf" edir. Yeni göydələrnlər, çoxmənzilli binalar tikilir. Və bu binaların kanalizasiya xəttləri sovet dövründə qazılmış, beşmərtəbəli binalar üçün nəzərdə tutulmuş köhnə kanalizasiya sistemlərinə qoşulur. Sonra da deyirsiniz ki, niyə yağış yağan kimi hər yer gölməçəyə çevrilir. Hələ şükür etmək lazımdır ki, həmin kanalizasiya sularına tab gətirməyən borular partlayıb şəhəri kanalizasiya suyuna qərq etməsin. Yox, buna da şükr etməyin. Çünki bu da baş verib. Elə ötən gecə Binəqədidə kanalizasiya boruları partlayıb və kanalizasiya suları polis idarəsinin binasına dolub.

Kimisə günahlandırmaq özü böyük günahdır, amma... Qorxmaz Hüseynov, 10 illik rəhbərlik dönəmində sadəcə "gözdən pərdə" asmaqla məşğul oldu. Deyirlər bir ölənin, bir də gedənin arxasınca danışmazlar. Danışmasaq da olmur axı. Bəzi məmurlar, gözümüz görə-görə dövlətin büdcəsini tarmar edir. Ağzını açıb danışa da bilmirsən. Çünki bilirsən, dərhal bir neçə reket "yoluq zurnalist" ayağa qalxıb qurumun tərifinə keçəcək...

Hövsan kanalı... Hər gün minlərlə kub metr kanalizasiya suları bu kanal vasitəsilə dənizə axıdılır. Həm də təmizlənməmiş şəkildə. Dəfələrlə bu barədə reportajlar hazırlanıb. Ətraf ərazilərin, neft şirkətlərinin qurunt və kanalizasiya suları dənizə axıdılır. Bunun qarşısını alan isə yoxdur. Görünən kənd bələdçi istəməz, mənə inanmasanız, Hövsana gedin.

Payızdı artıq, bir azdan yağıntılar başlayacaq. O zaman subasmaları qeydə alınacaq. Zəli gölü, Zabrat gölü və Masazır gölü daşmağa başlayacaq. Səbəb isə həmin ərazilərə kanalizasiya sularının axıdılmasıdır.

Yadınızdadırsa, Bibiheybət yolu çökmüşdü. Yamac kəsilib yol salınıb axı. Bu problem deyil. Əsas problem, həmin ərazilərdə yaşayan insanların kanalizasiya sularını hara axıtmasıdır.

İllərdir Bakı yaramaz bir qurumun fəaliyyətsizliyinin əzabını çəkir. Yağıntılar düşməyə başlayan kimi sular kanalizasiya lyuklarından qaynayıb çıxmağa başlayır. Bu Bakının kanalizasiya dərdi...

Bir də Bakının su dərdi var. Bəli, su dərdi. Bakı ətrafı qəsəbələrə yay aylarında doğru dürüst formada su verilmir. Verildiyi zaman isə, təzyiq o qədər aşağı olur ki, heç kim imkan tapıb su yığa bilmir. Əhali, suyu maşınlarla sifariş edib alır. Heç bu da ucuz başa gəlmir.

Dövlət başçısı, müəyyən dönəmlərdə yarıtmayan qurumları alternativləri ilə əvəz edir. Məsələn; bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradıldı. Bir müşahidəçi kimi deyə bilərəm ki, bu BNA-nın yarıtmaz fəaliyyətinin nəticəsi idi.  "Azərsu" ASC-yə də alternativ qurumun yaradılması, yeni sistemin olması, bu sahəyə fərqli baxışı olan gənclərin vəzifəyə gətirilməsi yaxşı olardı. Yoxsa inanın ki, bir neçə ildən sonra sevimli Bakıdan geriyə heç nə qalmayacaq.

İlahin, Bizimyol.info

Football news:

Timeline of Koeman's torment: terrible results, clashes with Laporta, fan attacks and dismissal. Now Barcelona wants Xavi
Salihamidzic about 0:5 with Borussia: Collective turbidity in Bavaria, which we cannot explain
Barcelona wants to appoint Xavi after Koeman's resignation
💣 ÂБарсеĞона увоĞиĞĞ° Кумана
Barcelona will announce Koeman's resignation in the near future
Barcelona bosses will meet tonight to discuss Koeman's future (Cope)
Inter coach about 2-0 with Empoli: It's a pity Lautaro didn't score, but he saves goals for the next matches