Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“İMZA”dan bu şəxslərə XƏBƏRDARLIQ 

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi öz loqosundan və rəsmi adından sui-istifadə edənlərə xəbərdarlıq edib. 

Musavat.com xəbər verir ki, “İMZA”nın xəbərdarlığında deyilir:

“Son günlərdə bəzi şəxslər sosial şəbəkələrdə və bir sıra müxtəlif platformalarda “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin loqosundan və rəsmi adından İctimai Birliyin icazəsi və razılığı olmadan sui-istifadə edilməsi hallarına rast gəlinir. Bizim Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən rəsmi olaraq təsdiq edilmiş (Şəhadətnamə, ƏMTƏƏ nişanı N 20200814) loqomuzdan və adımızdan rəsmi icazəmiz olmadan istifadə və ya sui-istifadə edilməsi qəti olaraq yolverilməzdir. “İMZA” İB belə sui-istifadə hallarına yol vermiş vətəndaşlardan tələb edir ki, dərhal bu hallara son verilsin və həmin platformalarda bizim ƏMTƏƏ nişanımızın və qurumumuzun rəsmi adının istifadəsi dayandırılsın. Əks halda həmin şəxslərə qarşı Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq maddələri əsasında tərəfimizdən məhkəmə iddiası qaldırılacaq və onlardan bağlanma ilə yanaşı, təzminat da tələb olunacaq”.

Musavat.com