Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İnformatika fənni qəbul imtahanına nə vaxt salınacaq? -

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 2023-2024-cü tədris ilindən etibarən I ixtisas qrupu üzrə qəbul imtahanlarına ilk dəfə olaraq informatika fənni salınacaq. Bu fənn üzrə qəbul proqramının hazırlanması artıq yekunlaşır. Dövlət İmtahan Mərkəzi tərtib olunacaq sualların stukuturunu açıqlayıb. 

Qəbul imtahanlarına ilk dəfə salınacaq informatika fənni üzrə suallar mövcud dərsliklər əsasında hazırlanacaq. 

I qrup üzrə informatika yönümlü ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika ilə yanaşı informatika fənnindən imtahan verəcəklər. DİM-in şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, informatika ilə bağlı qəbul proqramının hazırlanması yekunlaşmaq üzrədir.

Xanlar Xanlarzadə bildirib ki, abituriyentlərə təqdim olunacaq test tapşırıqlarının strukturu digər fənnlərdəki kimi olacaq. 

Qeyd edək ki, İnformatika fənni 2023-2024-cü tədris ilindən etibarən qəbul imtahanlarına əlavə ediləcək. 

Milli.Az