Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İngiltərədə yayılan yeni virusun əlamətləri

İngiltərədə sentyabr ayından yayılan "Strep A" virusu ilə bağlı həyəcan artmağa davam edir. Belə ki, ən son 5 yaşında bir qızın sözügedən infeksiyadan dünyasını dəyişməsindən sonra bu xəstəlikdən dünyasını dəyişən uşaqların sayı 9-a çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərədə hazırda iki övladı "Strep A" virusuna yoluxan bir ana xəstəliyin ilk əlamətləri barədə valideynlərə xəbərdarlıq edib.

Aimee Byron adlı qadının sözlərinə görə, onun 3 yaşlı oğlu və 17 aylıq körpəsi bu xəstəliyə yoluxub. O bildirib ki, xəstəliyin ilkin əlamətləri olaraq boğazda qıcıqlanma, ağızda ləkələr və badamcıqların şişməsi olub.

Həkimlərin sözlərinə görə isə, "Strep A" boğaz ağrısı, badamcıqların iltihabı kimi infeksiyalara səbəb olan bakteriyadır. Xəstəliyin əlamətləri sırasında boğaz və əzələ ağrıları, yüksək temperatur, yorğunluq, dəridə yaraların peyda olması var. Mütəxəssislər bu əlamətlərin orta hesabla bir həftə davam etdiyini qeyd edib.

Bildirilir ki, bir çox insan bu bakteriyanı fərqində olmadan da daşıya bilər. Lakin bununla belə daşıyıcı olaraq digər insanları yoluxdura bilər.

Xəstəlik isə yaxın təmas, öskürək və asqırma nəticəsində digər insanlara keçə bilər.

Həkimlər bu xəstəlikdən qorunmaq üçün əllərin tez-tez yuyulmasını məsləhət görür.

Milli.Az