Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İqlim dəyişikliyinin təyyarələrə yaratdığı böyük təhlükə: İndi daha tez-tez...

İqlim dəyişikliyi təyyarələr üçün təhlükəli olan turbulentliyin (burulğan) artmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Ridinq Universiteti məlumat yayıb.

Tədqiqat müəyyən edib ki, hava dəhlizlərinin çoxunun keçdiyi Şimali Atlantika üzərində tipik bir nöqtədə şiddətli turbulentliyin ümumi illik müddəti 55% artaraq 1979-cu ildəki 17,7 saatdan 2020-ci ildə 27,4 saata çatıb. Orta turbulentliyin müddəti 37% artaraq 70,0 saatdan 96,1 saata, yüngül turbulentliyin müddəti isə 17% artaraq 466,5 saatdan 546,8 saata yüksəlib.

Müəlliflərin fikrincə, bu artım qlobal istiləşmə ilə bağlıdır ki, bu da öz növbəsində daha çox istixana qazlarının antropogen emissiyaları ilə əlaqələndirilir. Daha isti hava reaktiv axınlarda axının kəsilməsini artıraraq turbulentliyi artırır.

Alimlər belə qənaətə gəliblər ki, hava daşıyıcıları artan turbulentliklə necə mübarizə aparacaqları barədə düşünməyə başlamalıdırlar, çünki təkcə ABŞ-da bu, sənayeyə ildə 150-500 milyon dollara başa gəlir. Turbulentlik zonasında hər əlavə dəqiqə sərnişinlərin narahatlığına və zədələnməsinə səbəb olmaqla yanaşı, həm də təyyarənin gövdəsinin güclü aşınmasına səbəb olur.

Turbulentlik ən çox ABŞ və Şimali Atlantikada artıb. Amma Avropa, Yaxın Şərq və Cənubi Atlantikada da turbulentlikdə əhəmiyyətli artım var.

Aydan