Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır

İran ABŞ hərbçilərinə qarşı hücumların yeni mərhələsini planlaşdırır

İran Suriyadakı ABŞ hərbçilərinə qarşı ölümcül hücumların yeni mərhələsi üçün Suriyadakı yaraqlıları silahlandırır.

Day.Az bu barədə "Washington Post"a istinadən xəbər verir.

Qeyd edilib ki, İran və müttəfiqləri spesifik olaraq ABŞ hərbi nəqliyyat vasitələrini hədəfə alacaq güclü zirehdəlici yolkənarı bombalardan istifadə edə bilən qüvvələr yaradır və onlara təlimlər keçir.

"İranın bu proksi qruplardan istifadə edərək ABŞ-ın Suriyadakı qüvvələrinə raket və dron zərbələri endirə biləcəyi qeyd olunub. İranın Qüds Qüvvələrinin rəsmiləri yanvarın sonunda Dəməşqin şərqindəki Dumayr bölgəsində partlayıcı vasitələrdən birinin sınağına nəzarət edib", - deyə məlumatda bildirilib.