Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İran liderindən ABŞ-a SƏRT MESAJ: "Bölgəni tərk edin"

İran liderindən ABŞ-a SƏRT MESAJ: "Bölgəni tərk edin"

“Xarici qüvvələrin bölgədə olması etimadı təmin etmir, sadəcə problemlər yaradır”

İran prezidenti İbrahim Rəisi və rəsmi təmaslar üçün bu gün Tehrana gələn İraqın baş naziri Məhəmməd Şiə Sudani birgə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, Sudaninin Tehrana səfərini alqışlayan lider İran-İraq münasibətlərinin daha da irəliləyəcəyinə inamını ifadə edib.

"Ümid edirik ki, İran və İraq arasında ticarət, mədəniyyət, tranzit, elm, texnologiya və terrorla mübarizə sahələrində əməkdaşlıq yeni dövrdə daha da artacaq. İraq üçün regionda təhlükəsizlik, sülh və sabitlik çox vacibdir. Bu səbəbdən narkotik, terror və mütəşəkkil cinayətkarlıqla mübarizə iki tərəf arasında razılaşmalar və ortaq cəhətlərdən biridir”, - deyə Rəisi bildirib.

İran lideri bölgədə təhlükəsizlik, sülh və sabitliyin ancaq bölgə hökumətləri və xalqları tərəfindən təmin edilə biləcəyini vurğulayıb:

"Xarici qüvvələrin bölgədə olması etimadı təmin etmir, yalnız problemlər yaradır. ABŞ necə Əfqanıstanda və dünyanın başqa yerlərində təhlükəsizliyi təmin etmədisə, İraqda da edə bilməz. Buna görə də onların bölgəmizi tərk etməsi çox vacibdir".

Nigar Cəfərli,
Musavat.com