Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İran rejiminin əlindən mühacirət edən şair efirdə! Detallar CANLI...

Ərdəbil əyalətinin Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddi 3 ay həbs cəzasına məhkum edilib. Germi şəhərinin Dövlət Məhkəməsinin 1-ci bölməsi Pərisa Ciddini "hökumətə qarşı təbliğat"da ittiham edərək həbsi barədə qərar çıxarıb.

Tehranın Fəşafuyə həbsxanasında məhkumluq həyatı yaşayan Güney Azərbaycanın tanınmış ana dili hərəkatı fəalı, siyasi məhbus Əlirza Fərşi isə aclıq aksiyası keçirəcək. O, yaydığı bəyanatda həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasından narazılığını bildirib.

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib. Həbsdən buraxılanların sağlıq durumunda ciddi problemlər var. Yeri gəlmişkən, bu gün Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da çıxış edən Jalə Təbrizli vurğulayıb ki, Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir: “Urmiya gölünün qurumasının hamı üçün ziyanı var”.

O bildirib ki, BMT-də, UNESCO-da Urmiyə gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar: “İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiya gölünün quruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub. Urmiya gölünün ətrafında yaşayan 14 milyon insan oradan köçürülməlidir. Çünki orada xəstəliklər yayılır”.

Təbrizli hüquq müdafiəçisi İranda türk qadınların zülm gördüyünü, uşaqların ana dilində təhsil ala bilmədiyini xüsusi qeyd edib: “İranda bizim qadınlarımız uzun müddətdir ki, zülmə məruz qalırlar. Oradakı İslam rejimi qadın haqlarına hörmət etmir. Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir.


Xüsusən də türk olan qadınlar həm qadın, həm də türk olduqları üçün milli, dini, irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.

TVMusavat-ın saat 16:00-da canlı efirində Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, şair Sayman Aruzla İrandakı prosesləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com