Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İranda hicab taxmayanlara YENİ CƏZA: SMS-lə başlayacaq...

İran parlamenti qanun layihəsi hazırlayır. Qəbul olunarsa, hicabsız qadınlara sosial xidmət göstərilməyəcək.

Publika.az xəbər verir ki, hazırlanan qanunvericilik təşəbbüsünü Milli Məclisin Məhkəmə-hüquq məsələləri komissiyasının sədri Musa Qəzənfərəbadi açıqlayıb.

"Videomüşahidə sistemlərinin köməyi ilə piyada keçidlərində və digər ictimai yerlərdə hicab taxmayan qadınların müəyyən edilməsi və daha sonra onlara qarşı qanun pozuntuları barədə məlumat verilməsi tövsiyə olunur. Nəticədə həmin insanlar sosial xidmət göstərə bilməyəcəklər", - Qəzənfərəbadinin sözlərinə "Xəbər Online" agentliyi sitat gətirib.

SMS-lə ilk xəbərdarlıqla başlayan və itaətsizlik halında pozucunun milli kartının bloklanması ilə başa çatan mərhələli cəza nəzərdə tutulur.

Hüseyn İbadlı