Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İşğal dövründə İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib - MN

Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir.

Bu barədə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

Qeyd edilir ki, əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.

Milli.Az