Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İstanbulda böyük zəlzələyə hazırlaşın: vaxtla bağlı ŞOK AÇIQLAMA

Türkiyədə baş verən dəhşətli zəlzələlər uzun müddətdir bəhs edilən İstanbulda böyük zəlzələnin olacağı mövzusunu yenidən gündəmə gətirdi.

Publika.az

xəbər verir ki, türkiyəli geoloq Naci Görür bu məsələni şərh edib.

N.Görür hesab edir ki, İstanbulda böyük zəlzələ 2029-cu ildə ola bilər: “Yaxud bir gün yuxudan qalxarıq və dəhşətli mənzərə ilə qarşılaşarıq. İstanbulda böyük zəlzələnin olacağı haqda hələ 1999-cu ildən danışırıq. Bildirirdik ki, önümüzdəki 30 il ərzində zəlzələnin ola bilmə ehtimalı 64 faizdir. Artıq 23 il keçib, 2029-cu ildə ola bilər, ya da həmin dövrə qədər hansısa müddətdə”.

Professor xatırladıb ki, Düzcə zəlzələsini öncədən xəbər veriblər: “Biz dedik ki, iki yerə diqqət edin. Mərmərə və Düzcə təhlükəli yerlərdir. Biz milləti qorxutmamaq üçün hay-küy salmadıq, "tədbirli olun" dedik. Bunu deməyimizdən 3 ay sonra Düzcədə 7,2 oldu. Öncədən xəbərdarlıq etdiyimiz üçün lazımi tədbirlər görülmüşdü. İstanbulla bağlı da xəbərdarlıq edirik, hazırlıqlı olmalıyıq”.

Məşhur geofizik Martin Mau da İstanbulda zəlzələnin olacağının qaçılmaz olduğunu deyib.

“Bu, gec-tez baş verəcək. Dəqiq nə vaxt olacağını demək mümkün deyil, sadəcə buna hazırlaşmaq lazımdır”, - M.Mau bildirib.

Asif

Publika.az