Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İzzətli olmaq üçün nail olunmalı hədəflər

Uca Allahdan başqasının qapısına getmək - zillətdir. Ona görə də möminə zəlil olmaq icazə verilməmişdir. Bəs izzətin amilləri hansılardır?

1. İtaət və bəndəlik. Bəndəlik etmək - İlahi övlayaların tərəqqi mənbəyi və izzətin zəminəsidir. Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala buyurur: "Mən izzəti oyaq gecələrdə (gecə ibadətində) qərar verdim. İnsanlar evlərində onu axtararlar, ona görə də heç bir zaman onu tapmazlar".

2. Təqva. İmam Əli (ə) buyurur: "Hər kim əz əziz insan olmaq istəyirsə, gərək İlahi təqvaya malik olsun".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Heç bir izzət təqvadan yüksək deyildir".

3. İslama və Qurana söykənmək. İmam Əli (ə) buyurur: "Allah Quranı ona (Peyğəmbərə (s)) nazil etmişdir.

Quran elə bir nurdur ki, çıraqları sönməz.

Elə şəfa verəndir ki, xəstəliklərdən qorxu olmaz.

Elə izzətdir ki, yoldaşları məğlub olmaz.

Elə haqdır ki, yardım edənləri xar olmaz.

Elə pənahgahdır ki, qalası yüksəkdir və onun vilayətini qəbul edən üçün izzətdir".

4. Vilayəti qəbul etmək. Quran izzəti - Allaha, Peyğəmbərə (s) və onun vəsilərinə iman gətirməkdə görür. İmam Səccad (ə) buyurur: "Əmr sahiblərinin ardıcılı olmaq - izzətdir".

5. Şəhadət tutumu. Allah yolunda şəhid olmaq - izzət və şərəfdir. İmam Əli (ə) buyurur: "Allah cihadı, İslamın izzəti üçün vacib etmişdir".

Milli.Az