Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kəmaləddin Heydərov açılış mərasimində çıxış etdi

Xəbər verdiyimiz kimi, bu gün Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Publika.az-ın xəbərinə görə, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondonun ölkədə özünəməxsus yeri olduğunu və gənclərdə bu idman növünə marağın artdığını vurğulayıb. O, dünya çempionatının təşkilini Azərbaycana həvalə etdikləri üçün beynəlxalq federasiyaya təşəkkürünü bildirib. Federasiya rəhbəri idmançılara uğurlar arzulayıb.