Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Keçmiş polis 3 nəfəri öldürüb intihara cəhd etdi

Rusiyada, Primorsk diyarında yerli sakin üçlü qətldə şübhəli bilinib.

Milli.Az bildirir ki, həbs zamanı o, intihara cəhd edib və sonda reanimasiyaya yerləşdirilib.

Rudnı kəndindən olan iş adamı Yuri Yuşşenko əməliyyatçılar tərəfindən təsadüfən onun bağında qalıqlar aşkar etdikdən sonra istintaqa cəlb edilib. Noyabrın 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən sakin Olqa Kovalenkonun axtarışı üçün onun yanına gəliblər. Sonuncu dəfə onu Yuşşenkoya qonaq gedəndə sağ görüblər.

Polis Yuşşenkonun evinin həyətində təzə qazılmış torpaq olduğunu görüb. Onlar ərazini diqqətlə araşdırarkən ev sahibi özünü pis hiss etmək bəhanəsi ilə evə girib və orada intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu arada hüquq-mühafizə orqanlarının əməkdaşları 3 nəfərin meyitini və həlak olanlardan birinə məxsus avtomobili tapıblar. Ekspertlər müəyyən ediblər ki, qurbanlar Kovalenko, Yuşşenkoya tikinti məsələlərində ona kömək edən qardaşı oğlu Aleksandr və dostu Ninadır. Onlar öldürülüb, parçalanıb və yandırılıb.

Müstəntiqlər cinayət işi açıb və qətlin motivini araşdırıblar. Ehtimal olunub ki, Yuşşenko ziyafət zamanı yaranan mübahisədən sonra bir axşam hər üçünü öldürüb.

Əvvəllər Yuşşenko polisdə xidmət edib, sonra isə xidməti tərk edərək bizneslə məşğul olub.

İrfan Vəliyev
Milli.Az