Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kök şirəsi qan təzyiqini aşağı salır

İnsanda arterial təzyiqin çox yüksək olması o deməkdir ki, onun ürəyi bütün bədəninə qan vurmaq üçün həmişəkindən daha çox işləməli olur. Zamanla bu, ürək, beyin və böyrəklər kimi həyati vacib orqanlara əlavə yük yaradır.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu, ürək xəstəliyi, insult və ağıl zəifliyi riskinin artması ilə dağıdıcı fəsadlara səbəb ola bilər.

Bir çox tibbi vəziyyətlər kimi, pəhriz çox vaxt qan təzyiqinin yüksək və ya aşağı olmasına təsir edir.

"Duz bədəni suyu saxlamağa məcbur edir. Suyun artıq miqdarda olması qan damarlarının divarlarına əlavə təzyiq göstərir. Göstərilib ki, yüksək miqdarda kalium tərkibli qida məhsullarının qəbulu buna müqavimət göstərməyə kömək edir, çünki orqanizmə natriumdan qurtulmağa kömək edir və qan damarlarını rahatlaşdırır. Kaliumla zəngin tərəvəzlərdən biri hər 100 qramında 320 mq kalium olan kökdür", - deyə həkim-diyetoloq Vasilisa Ponomaryova bildirib.

Kökün istehlakı qan təzyiqini aşağı sala bilər. Tədqiqatların biri isə göstərib ki, kökün şirə formasında istehlakı ürək xəstəlikləri riskinin azaldılması üçün faydalıdır. Tərəvəz qəbul edən siçanlarda arterial təzyiqin aşağı düşməsi və çəkinin itirilməsi müşahidə olunub.

Milli.Az