Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Konqresmenlərə “TikTok” xəbərdarlığı

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən "TikTok" sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı "TikTok"u təhlükəli və arzuolunmaz proqram hesab edir.

"Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik", - Palata üzvlərinə göndərilən məktubda deyilir.

Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin işini məhdudlaşdırmaq təşəbbüsünü dəstəkləyən bir çox qanunvericilər seçki kampaniyası zamanı gənc seçicilərə təsir etmək üçün özləri "TikTok"dan istifadə etməyə başlayıblar.

Milli.Az