Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Koronavirus ölü doğuşa səbəb ola bilər

Koronavirus infeksiyası hamilə qadınlarda ölü doğuşa səbəb ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) portalında dərc olunmuş araşdırmada deyilir.

Elm adamları 2020-ci ilin martından 2021-ci ilin sentyabrına qədər doğuşda olan 1,2 milyondan çox qadının məlumatlarını təhlil ediblər.

Mütəxəssislərin fikrincə, hamilə qadında koronavirusla hipoperfuziya və plasentanın iltihabı baş verə bilər. Həkimlər bildiriblər ki, koronavirus ölü uşaq dünyaya gətirmə riskini 0,98%-ə, mutasiyaya uğramış delta variantı isə 2,7%-ə çatdırıb.

Milli.Az