Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Köynəyi al ipək lalə - VİDEO - FOTO

Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr Şamaxıda füsunkar mənzərə yaradıb. Lalələr sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, sinəsi laləli taxıl sahəsi bu əsrarəngiz gözəlliyi görənlərin diqqətini çəkir.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

Yoldan ötənlər yamyaşıl çöllərin bəzəyi olan lalələrlə şəkillər çəkdirərək sosial platformalarda paylaşırlar.

Milli.Az