Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kraliçanın oğlu kral ailəsində sirr qoymadı - Sıradan biri olaraq qaldıq

Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Krali Kamilla Parker-Boulzun ilk evliliyindən olan oğlu Tom Parker-Boulz televiziya verilişində Britaniya kral ailəsinin üzvləri ilə münasibətindən danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kraliçanın oğlu kral ailəsinin üzvləri ilə münasibətləri ilə bağlı məxfilik pərdəsini qaldırıb, həmçinin bacısı Laura Lopez və Şahzadə Uilyam arasındakı fikir ayrılıqları olduğunu dilə gətirib.

Məlum olub ki, Kamillanın kiçik qızı Laura uzun müddət Şahzadə Uilyam ilə münasibətlərini yaxşılaşdıra bilməyib. Buna səbəb isə hər ikisinin ailələrinin dağılmasında bir-birinin valideynlərini günahlandırmaları olub. Lakin bir müddət sonra Laura və Uilyam bütün fikir ayrılıqlarını aradan qaldıra bilib.

Tom Parker-Boulz bildirib ki, ailələr arasında münasibətlər ürəkaçan olmayıb. “Düzünü desəm, Laura və mən heç vaxt kral ailəsinin üzvü olmamışıq. Anamız Şahzadə Çarlzla evləndi və bu ailənin üzvü oldu. Biz isə sıradan biri olaraq qaldıq", - Tom müsahibəsində bildirib. Kornuol hersoginyasının oğlu əlavə edib ki, o və Laura təbliğat və ictimai diqqətin artması üçün səy göstərmirlər və buna görə də onların adları nadir hallarda mətbuat səhifələrində görünür.

Məlumat üçün bildirək ki, Laura "Daily Mail" və "Tatler"də çalışıb, daha sonra mühasib Harri Lopezlə evlənib. Tom isə qida mühəndisidir.