Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kreml SSRİ-nin yaranmasının yüz illiyini qeyd edəcək?

Kremldə SSRİ-nin yaranmasının yüz illiyi qeyd edilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qeyd etməyəcəyik", - deyə D.Peskov Kremldə SSRİ-nin yaranmasının 100 illiyinin qeyd edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Bununla yanaşı Peskov qeyd edib ki, sovet dövrü Rusiya tarixinin mühüm, ayrılmaz hissəsidir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılması ilə dünyada tarazlığın pozulduğunu bəyan etmişdi.

SSRİ 30 dekabr 1922-ci ildə RSFSR, Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya ZSFSR-in hər bir ittifaq dövlətinin sərbəst çıxmaq hüququ de-yure saxlanılmaqla bir dövlətdə - SSR İttifaqında birləşməsi ilə yaradılıb.

Səxavət