Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Külək güclənəcək, yağış yağacaq

Hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Milli.Az