Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kuleba xahiş etdi: Tez çatdırın

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO müttəfiqlərindən ölkəsinə hərbi və qeyri-hərbi yardımın daha ​​tez çatdırılmasını xahiş edib.

Publika.az xəbər verir ki, Dmitro Kuleba Rumıniyanın paytaxtı Buxarestdə jurnalistlərə açıqlamasında deyib:

"Biz sübut etdik ki, Rusiyaya qalib gələ bilərik. Qərb ölkələrində silah istehsalı və onların çatdırılması ilə bağlı qərarlar daha sürətli şəkildə verilməlidir''.

Nazir vurğulayıb ki, ölkəsinin hava hücumundan müdafiə sisteminə ehtiyacı var:

"Bildirmək istəyirəm ki, ''İris'', ''Hawk'', ''Patriot'' sistemlərinə ehtiyacımız çoxdur. Generatorlarımız olsa, öz enerji şəbəkəmizi yenidən işə sala bilərik. Beləliklə, insanlara layiqli həyat şəraiti yaratmaq mümkün olar. Bizim hava hücumundan müdafiə sistemimiz olsa, infrastrukturumuzu Rusiyanın növbəti raket hücumlarına qarşı müdafiə edə bilərik”.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.

Tural Turan