Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kür çayında batan Tovuz sakininin meyiti iki ay sonra tapıldı

Kür çayında batan Tovuz sakininin meyiti iki ay sonra tapıldı

İki ay əvvəl Kür çayında batan Tovuz rayon sakininin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Day.Az-a açıqlamasında bildirib ki, 2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub. Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.

Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.