Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Kurtlar Vadisi"nin əfsanəvi aktrisası illər sonra ekranlara qayıtdı - FOTO

Kurtlar Vadisi serialında Laz Ziyanın qızı Meralı canlandıran Müge Ulusoy "Kapı" serialı ilə çəkilişlərə qayıtma həyəcanını yaşayır.

Milli.Az-ın manset.az-a istinadən məlumatına görə, Ulusoy TRT-nin rəqəmsal kanalı üçün çəkilən "Kapı" serialının heyətinə qatılıb. Rejissoru Nihat Özcanın olduğu serialda Müge Ulusoy 8 yaşlı oğlu olan və iş adamı əri tərəfindən zorakılığa məruz qalan Sevgi rolunu canlandıracaq.

Müge Ulusoy jurnalist Birsen Altuntaşa açıqlamasında yenidən çəkilişlərə başladığı üçün həyəcanlı olduğunu bildirib: "Çoxlu ssenari oxudum və tələsmədən oynamağı çox sevəcəyim rolu seçdim. Oxuyan kimi "hə" dediyim Sevgi obrazına həyat verəcəyim üçün həyəcanlanıram. Darıxdığım setlərdə peşəmlə məşğul olmağa davam edəcəyəm".

Milli.Az