Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Laçın və Xankəndidə atılan addımlar:

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri indiki şəraitdə mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu, ənənəvi xarakter daşıyan hərbi təlimlərdir. Bunu biz kiməsə qarşı etmirik. Sadəcə olaraq ordularımızın gücünu, möhkəmliyini artırmaq üçün bu cür addımlar atılır. Bu, əslində İrana və bizə qarşı düşmən kimi baxan ölkələrə verilən bir mesajdır ki, biz birlikdəyik.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib

O hesab edir ki, Azərbaycan İrana görə siyasətini və davranışlarını müəyyən etmir: "Azərbaycan Ordusu sadəcə olaraq hər zaman döyüşə, təcavüzə qarşı özünün hazırlıq səviyyəsini göstərir. Bu baxımdan hərbi təlimlər proqrama uyğun icra edilir. Burada sözsüz ki, bir mesaj var. Çünki sözlə hər şeyi demək olmur. Davranışla müəyyən mənada mesajları çatdırmaq lazımdır. Qardaş Türkiyə ilə ordu qurucluğunda və bir çox məsələlərdə birgə addımlarımız var. Hərbi təlimlər də məhz bunun tərkib hissəsidir".

Deputat Azərbaycanın Laçın dəhlizi və Xankəndi istiqamətində atdığı addımların da mahiyyətinə toxunub: "Azərbaycan tədricən bu prosesdə irəliləyir. Burada nəinki Azərbaycanın gömrük postu, digər nəzarət mexanizmləri də addım-adım reallaşacaq. Azərbaycan Laçın dəhlizini ona görə də, açmayıb ki, ermənilər buradan silah daşıyıb bizə qarşı istifadə etsin. Bu hümanitar yol kimi Azərbaycanın ortaya qoyduğu bir yanaşmadır".

Fazi Mustafanın fikrincə, hazırkı mərhələdə Fransa dövləti kimi absurd mövqedən çıxış edənlərin yanaşması mənasızdır: "Bunlar çırpıntılardır. Məqsədləri prosesə qoşulmaqdır. Qarabağ bizim ərazimizdir və ora biz nəzarət edirik. Orada yaşayan erməni əsilli insanlar da Azərbaycan qanunvericiliyinə uyğun yaşamağa alışacaqlar. Fransa kimi dövlətlərin verdiyi qərarların burada praktiki olaraq heç bir təsiri yoxdur. Əsas reallıq bu gün sahədə olan hadisələrdir. Rellıq bu gün Qarabağda Azərbaycanın ortaya qoyduğu yanaşmadır".

Milli.Az