Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Laportadan Kumanın gələcəyi ilə bağlı açıqlama

"Barselona"nın prezidenti Joan Laporta "El Klassiko" ərəfəsində  baş məşqçi Ronald Kumanın gələcəyi haqqında fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri niderlandlı mütəxəssisə dəstəyini ifadə edib. Laporta "Real"la oyunun nəticəsinin baş məşqçinin gələcəyinə heç bir şəkildə təsir etməyəcəyini bildirib: "Bəli, bəli, əlbəttə ki, Kuman "El-Klassiko"nun nəticəsindən asılı olmayaraq "Barselona"da qalacaq".

Xatırladaq ki, bu gün keçiriləcək "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Milli.Az