Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əli Əsədov Dağıstanın rəhbəri Sergey Məlikov ilə görüşüb

Əli Əsədov Dağıstanın rəhbəri Sergey Məlikov ilə görüşüb

Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.