Azerbaijan

Əlikram: “Deyə-deyə məni də Baloğlanın arxasınca göndərəcəklər...” - VİDEO

"Gəlin baxın, görün o 400 minlik evə oxşayır? 400 min manata başa gələn evin bəzəyinə yol getmək olar".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov ata yurdunda 400 min manata tikdirdiyi deyilən evinə aydınlıq gətirərkən deyib. Müğənni gözdən-nəzərdən qorxduğunu deyib:

"Yəqin Zaur hesablayıb, gedib baxıb evə, nə deyim? Yalandan yazırlar. Gəlin baxın, görün o, 400 minlik evə oxşayır? Biri deyir, Əlikramın 500 min manatlıq evi var. Deyirlər də, deyə-deyə məni də gözə gətirib, Baloğlanın arxasınca göndərəcəklər. Mən gözdən-nəzərdən qorxuram. Adamı deyə-deyə öldürürlər".

Əlikram Bayramov üzüm sahələrinin olduğunu deyib: 

"Mən tək oxumaqla pul qazanmıram. Təsərrüfatla məşğulam, üzüm sahəm, inəklərim var, buynuzu nə boyda. Biz iş görürük, çörək qazanırıq. Başqa yolla pul qazananlar açıq görünür".

Sənətçi toyların azlığından da gileylənib: 

"Toylar azalıb. Camaatın imkanı yoxdur, çox az dəvət alıram, heç kəsə qiymət oxumuram, kim nə verirsə, götürürəm".

Qeyd edək ki, müğənni Əlikram Bayramov "Həmin Zaur" verilişində qonaq olub. Aparıcı Zaur Kamal Ə.Bayramova 6 evinin olduğunu, sonuncunu isə Biləsuvarda tikdirdiyini bildirib. Sənətçi isə cavabında "oğurlamamışam ki, zəhmətlə tikmişəm. 300-400 min manat xərcim çıxıb", - deyə bildirib.

Milli.Az

Football news:

Inter confirmed that they have extended the contract with Lautaro until June 2026. Salary - 6 million euros a year, excluding bonuses
Javi about Barca: I'm focused on working at Al-Sadd. I can't say anything else
Pochettino on Tuchel's words about PSG: Education and respect are embedded in my culture. I will not share my opinion about his feelings
The prodigy from Denmark was wanted by all the top clubs, but his fate is a tragedy. He finished his career at 19 (after Ajax and Chelsea), and died at 32
Good luck in the future. Hugs, mister. Pique, Pedri and Busquets said goodbye to Koeman
Messi has a muscle injury. Tomorrow it will be known whether he will play with Lille
Mauricio Pochettino: I had problems when I said Messi should take the Golden Ball. Neymar and Mbappe asked why they didn't