Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əmək Məcəlləsinə dəyişikliklər edildi

Milli Məclis Əmək Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, məcəlləyə dəyişiklikləri komitə sədri Musa Quliyev təqdim edib.

Məcəlləyə dəyişikliklər işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etməyi nəzərdə tutur. Məcəllənin 2. 65-ci maddənin 5-ci hissəsinə “İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır” ifadəsi əlavə olunub.

Eləcədə məcəllənin 3. 67-ci maddəsinin 2-ci hissəsinə “işçinin” sözündən əvvəl “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud” sözləri əlavə edilsin. Həmçinin 4. 78-ci maddəsinə “İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır”. ifadəsi artırılır.