Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əməkdar artistin qızı ilə görüntüləri yayıldı

Publika.az

Müğənni Xatun Əliyevanın oğlu Adilin toyunda iştirak edən məşhurlardan biri də Əməkdar artist Əkbər Əlizadə olub.

Publika.az baku.ws-a istinadən xəbər verir ki, məşhur aktyor Əkbər Əlizadə toya nəmər yazdıran zaman kameralara tuş gəlib. Həmin vaxt Ə. Əlizadənin yanında böyük qızı da olub. Əkbər ilk dəfədir ki, övladı ilə birgə toya qatıldığını bildirib.

Aktyorun qızı gözəlliyi ilə hər kəsi heyran edib.

Əməkdar artistin qızı ilə görüntülərini jurnalist Yalçın Uğur yayıb.

Qeyd edək ki, Əkbər Səbinə adlı xanımla 2004-cü ildə ailə həyatı qurub. Cütlüyün iki qız, bir oğul övladı var.

Samira Sərkər