Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məktəbdə qalmaqal - Valideynlər müəllimin lüt şəkillərini tapdılar

Şotlandiyanın Qlazqo şəhərinin ətrafında yerləşən orta məktəbdə şagirdlərin valideynləri 33 yaşlı fizika müəlliməsi Kirsti Byukenin internetdə intim fotolarını tapdıqdan sonra onun işdən çıxarılmasını tələb ediblər.

Milli.Az bildirir ki, bu barədə "Daily Record" xəbər verir.

Byuken, "OnlyFans" platformasında intim məzmunlu şəkillərini yerləşdirib. Məktəblilər bundan xəbər tutublar və onun fotolarını öz aralarında mübadilə ediblər. Bu məlum olanda müəllimə "OnlyFans" və "Twitter" hesablarını silib, sonra isə intizam komissiyasının qərarını gözləmədən məktəbi tərk edib.

"Bütün işçilərin əməl etməli olduğu davranış kodeksi var. Belə bir saytda əlavə gəlir axtaran müəllim məktəbi, şurası və peşəsi üçün biabırçılıqdır", - Qlazqo Şəhər Şurasının sözçüsü deyib.

İrfan Vəliyev
Milli.Az