Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mərakeşin qəhrəmanını ruhlandıran pəri - Fotolar

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. 1/8 finalda İspaniya ilə tarixi matçın qəhrəmanı isə qapıçı Yasin Bunu olub. "Sevilya"nın qapıçısı penaltilər seriyasında qapısından qol buraxmadı, rəqibin 2 zərbəsini dəf etdi, digəri isə dirəyə dəydi.

İndi gəlin Mərakeşin qəhrəmanına çevrilən qapıçının şücaətinə kimin daha çox sevindiyini öyrənək.

Publika.az oxucuları Yassin Bunun həyat yoldaşı İmane ilə tanış edir:

İmane 9 noyabr 1992-ci ildə Mərakeşdə anadan olub. Yeri gəlmişkən, Yasin özü Monrealda doğulub, lakin səkkiz yaşında valideynləri ilə birlikdə Kasablankaya köçüb və burada da peşəkar karyerasına başlayıb.

Yassin və İmane 2012-ci ildə tanış olublar - həmin il oyunçu " Atletiko"ya transfer olunub. Onların nə vaxt evləndiyi məlum deyil, lakin 2020-ci ilin avqustunda onların ailəsində İsaq dünyaya gəlib.

İmane haqqında az şey məlumdur. Bəli, onun sosial şəbəkələrdə çoxlu fotoşəkilləri var, lakin onlar minimum məlumatı ehtiva edir. Cütlük şəxsi həyatlarını, ümumiyyətlə reklam etmir: nə İmane, nə də Yassinin "İnstaqram"da ortaq fotoları yoxdur!

Eyni zamanda, qızın, demək olar ki, 200 min abunəçisi var: o, tez-tez Mərakeş tekstil və aksesuarlarını reklam edir. Daim “Sevilya”nın ev matçlarında görünür, lakin tez-tez doğma Kasablankaya baş çəkir.

Ayşən