Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur aktyordan CİDDİ İRAD: "O insanların kostyumlara və dikdabanlara ehtiyacı yoxdur"

Başa düşürəm ürəyiniz yanır, amma inanın mənə, o insanların kostyumlara, dikdabanlara ehtiyacı yoxdur. Evdə lazım olmayan şeyləri gətirmək hələ yardım etmək deyil. O, insanların nəyə ehtiyacı olduğu barədə hər yerdə məlumat verilir. Odur ki, diqqətli olaq.

Publika.az xəbər verir ki, bu sözləri məşhur aktyor Kamran Ağabalayev sosial mediada paylaşdığı videoda deyib. Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasında iştirak edən aktyor instaqramda video paylaşaraq insanları həssas olmağa və göstərilən ehtiyacları nəzərə almağı xahiş edib.

Məlumat üçün bildirək ki, Türkiyədə də oxşar problem yaşanıb. Belə ki, yardımlar arasından hündürdaban ayaqqabı, başmaqlar və ziyafət libasları, hətta geyinilmiş alt geyimləri tapılıb. Sözügedən görüntülər sosial mediada yayılıb.