Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Məşhur aviasiya şirkəti rəsmən iflas etdi

İtaliyanın məşhur aviasiya şirkəti "Alitalia" son uçuşunu həyata keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sardinyadan Romaya son uçuşunu həyata keçirən şirkət rəsmən bağlanıb.

Buna şirkətin uzun müddətdir maliyyə problemləri ilə üzləşməsi səbəb olub.

Qeyd edək ki, aviasiya şirkəti uzun müddət idi hökumətin dəstəyi sayəsində ayaqda qalmağı bacarmışdı. Məlumata görə, son ildə şirkətə 13 milyard dollar vəsait ayrılıb.

"Alitalia"nın iflasından sonra hökumətə bağlı olan İTA şirkəti yaradılıb. İflas edən şirkətin 2 800 əməkdaşının İTA-da çalışacağı bildirilir.

Xatırladaq ki, "Alitalia" 1946-cı ildən fəaliyyət göstərirdi.

Milli.Az