Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Bercan Tutar iddia edir ki, NATO Türkiyəni Moskvaya qarşı çevirə bilsə, Şimali Atlantika Alyansı ilə Rusiya arasında birbaşa hərbi toqquşma riski artacaq.
Publika.az xəbər verir ki, müəllifin sözlərinə görə, Almaniya Kiyevə alman Leopard tanklarını göndərməyə razı olub, oxşar qərarı ABŞ, Polşa, Fransa da verib, bu səbəbdən Ukrayna münaqişəsi yeni səviyyəyə keçib. Yazar əlavə edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə (UAF) 2,7 milyard dollarlıq yeni hərbi yardım paketinə daxil olan uzaqmənzilli raketləri təhvil verdikdən sonra Xüsusi Hərbi Əməliyyat Bölgəsində vəziyyət daha da gərginləşəcək.
"Qaynar cəbhə xətti Qara dəniz və Şərqi Avropa, eləcə də Mərkəzi Avropanın bir çox regionları vasitəsilə Baltikdən Aralıq dənizinə qədər uzanan cəbhəboyu əraziləri əhatə edəcək", - Tutar digər dövlətlərin də münaqişəyə cəlb olunacağını istisna etməyib.
Jurnalist hesab edir ki, NATO Almaniya və Türkiyənin həlledici vetosu sayəsində indiyədək hərbi münaqişədən kənarda qalıb. Tutarın fikrincə, NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitində alyans üzvləri onun Rusiya ilə birbaşa toqquşmasını müzakirə edəcəklər.
Aytən Məftun