Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur modeldən bayram makiyajı ideyası - FOTO

Bildiyimiz kimi, 2023-cü il Qara Su Dovşanı (Pişik) ili olacaq. Astroloqların sözlərinə görə, Yeni il ərəfəsində ilin simvolunun diqqətini çəkmək və uğur cəlb etmək üçün onun elementinin rənglərinə bürünmək lazımdır. Məsələn, qara, mavi, ağ, boz və yaşılın bütün çalarları. Vizajistlər isə hesab edir ki, bürclərə inanıb inanmamağınızdan asılı olmayaraq, mavi çalarlarında edilən parlaq makiyaj Yeni İl axşamı xüsusilə möhtəşəm görünür.

Publika.az xəbər verir ki, "Washed Denim" (yuyulmuş cins) adı verilən mavi göz kölgəsindən istifadə edilən makiyaj internetdə böyük sürətlə populyarlıq qazanır. Trendi artıq məşhur model Keyt Moss, Meddi Ziqler, Advoa Aboa, Kendall Jenner, Heyli Bieber və bir çox məşhurlar sınaqdan keçirib. Ayris Lou ilə Kuanna Çeysinqxors isə "Met Gala 2022" obrazları üçün mavi tonlara üstünlük vermişdi. Teylor Svift də "Midnights" albomunun üz qabığında oxşar makiyajda görünüb.

Qeyd edək ki, bir zamanlar mavi "qadın rəngi" hesab olunurdu. Yalnız 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində çəhrayı qızlara, mavi rəng oğlanlara aid edilməyə başladı. Bu, əsasən, pərakəndə satıcıların mənfəəti artırmaq üçün məhsullara cinsi rənglər təyin etdiyi marketinq strategiyaları ilə bağlı idi. Bununla belə 1960-cı illərdə mavi göz kölgələri yenidən populyarlaşdı. 1959-cu ildə buraxılan ilk "Barbie" gəlinciyinin makiyajı da buzlu mavi kölgələrə sahib idi. Həmçinin 1963-cü ildə Elizabet Teylorun baş rolda çəkildiyi "Kleopatra" filmindən sonra mavi göz kölgələri öz yerini daha da möhkəmləndirdi. Əsas personajın qaşlarına qədər rənglənmiş mavi göz vizajı o illərdə bütün qızları ilhamlandırmışdı. Ən məşhur aktrisa və müğənnilərdən tutmuş evdar qadınlara qədər hamı gözlərini mavi qələm və ya kölgələrlər vurğulayırdı. Hətta dövrün "Max Factor" və "Maybelline" kimi kosmetik nəhənglərinin mavi göz kölgələri palitraslarının satışı bir milyonu keçmişdi.

1990-cı illərdə bu tendensiyanı supermodellər Keyt Moss və Kristi Tarlinqton, eləcə də Kristina Aquilera və Britni Spirs kimi pop mədəniyyət xadimləri yenidən gündəmı gətirdi. Yeri gəlmişkən, bir neçə gün əvvəl məşhur kosmetika markasının reklam kampaniyasında rol alan Keyt Moss Yeni İl ərəfəsində xanımlara bayram makiyajı ideyasını verdi.

Məşhur vizajist Larisa Alekseyevanın sözlərinə görə, bu il solğun mavi kölgələr trenddə olacaq. O, daha açıq tonlu dəri sahiblərinə pastel çalarlara üstünlük verməyi tövsiyə edir, oxlardan asılı olaraq makiyajın parlaqlığını artırmaq olaraq. Dəri rəngi daha tünddürsə, daha parlaq və dolğun çalarlardan istifadə edin.

Necə təkrarlamaq olar?
Sizə sadəcə açıq mavi göz kölgəsi lazım olacaq. Onları göz qapaqlarına tətbiq etmək və yüngül kölgə salmaq lazımdır. Rəngin daha təmiz və daha effektiv görünməsi üçün boyanı daha açıq örtücü krem üzərinə çəkin.

"Mavi kölgəni obraza uğurla uyğunlaşdırmaq üçün ənlikdən istifadə edin. Onları almacıq sümüklərinə, eləcə də qaşlarınızın altına çəkin, bu texnika ilə gözləriniz vizual olaraq daha uzun və bütövlükdə daha təravətli görünəcək. Amma dodaqlarınızı neytral saxlayın, yalnız zərif, demək olar ki, şəffaf parladıcı bilərsiniz. Eyni zamanda mavi və göy qələmlə müxtəlif oxlar və həndəsi formalar da çəkə bilərsiniz", - vizajist yekunda bildirib.