Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur modelyer vəfat etdi

Fransız modelyer Pako Raban 88 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Cənab Raban 18 fevral 1934-cü ildə Basklar ölkəsində anadan olub. 1960-cı illərdə bütün dünyada məşhurlaşıb. Master ilk kolleksiyasını 1966-cı ildə Parisdə təqdim edib. Geyim alternativ materiallardan hazırlanıb: plastik, kağız, metal.

Onun əl işlərini kino ulduzları geyinib. Onların arasında Odri Hepbern və Ceyn Fonda da var.

Hazırda Paco Rabanne brendi İspaniyanın Puig moda evinə məxsusdur.

Pako Raban 1999-cu ildə təqaüdə çıxıb, bundan sonra onu ictimai yerlərdə görmək nadir hallarda mümkün olub.

Səxavət

Telegram Bizi Telegram-da izləyin