Azerbaijan

Məşhur “Squid Game” serialı ilə bağlı -

"Netflix"in dünya miqyasında izlənilən serialı olan "Squid Game" uşaqlarda şiddət meyillərini artırdığı əsas gətirilməklə İspaniyada müzakirələrə səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Cənubi Koreya istehsalı serialda uduzanın öldürüldüyü uşaq oyunlarının İspaniyada bəzi məktəblərdə oynanıldığı və şiddət meyillərinin artdığı bildirilib.

Qeyd olunub ki, serial 16 yaşdan az şəxslər üçün yasaq olmasına baxmayaraq, kiçik yaşda uşaqlar da ondan xəbərdardırlar. Bəzi məktəblərdə oynanıldığı üçün Madriddəki məktəb müdirləri valideynlərə bununla bağlı xəbərdarlıq göndərməyə başlayıblar.

"Bu serialda çatdırılan dəyərlər və görüntülər inkişaf mərhələsində olan bağça və ibtidai sinif şagirdlərinə ciddi ziyan vura bilər", - ispan mediasında yayılan xəbərlərdə deyilir.

Psixoloqlar da belə serialların uşaqlarda şiddəti normal kimi göstərən bəzi vacib psixoloji problemlər yarada biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

"Squid Game" İspaniya ilə yanaşı, Belçika və İngiltərədə də müzakirələrə səbəb olub.

Belçikada da bəzi məktəblərdə serialdakı şiddət ehtiva edən oyunların oynanıldığına dair xəbərdarlıq edilib.

İngiltərədə uşaqlar arasında sosial şəbəkələrdə bənzər oyunların oynanılmasına dair mesajların yayıldığı təsbit olunub.

Milli.Az

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions