Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Mətanət ilə Mənzurə plastik əməliyyat olunacaqlar

Müğənnilər Mətanət Əsədova ilə Mənzurə Musayeva plastik əməliyyat keçirəcəklər.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, ifaçılar bu haqda "Həmin Zaur" axşam şousunda məlumat verib.

Mətanət bildirib ki, üzündə olan problemləri aradan qaldırmaq üçün bıçaq altına uzanacaq:

"85 faiz xanımlar mənim üzümün dəyişilməsini gözləyir. Türkiyədə və bir sıra ölkələrdə əməliyyat etdirməmi məsləhət görsələr də, lakin mən bunu yalnız azərbaycanlı məşhur cərrahın edə biləcəyinə əminəm. Mənim üzüm problemlidir".

Əsədovanın həmkarı M.Musayeva isə daha da cavanlaşmaq üçün plastik əməliyyat etdirmək istədiyini açıqlayıb. 

"Daha da cavanlaşmaq istəyirəm. Bunun üçün isə yaxın günlərdə plastik əməliyyat etdirəcəyəm. Nə qədər bacarırsa, cərrah məni cavanlaşdırsın. İllər əvvəl burun əməliyyatı keçirdim. Lakin nəfəs almağımda problem yarandı. Bunun üçün yenidən əməliyyat olundum. Şükürlər olsun ki, artıq o problemim aradan qaldırıldı", - deyə Mənzurə qeyd edib. 

Milli.Az